Nazirlik bir neçə mehmanxanaya `ulduz` verib

Nazirlik bir neçə mehmanxanaya `ulduz` verib
  16 Oktyabr 2014    Oxunub:1544
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sentyabr-oktyabr aylarında Bakı şəhərində fəaliyyət göstərən mehmanxanalara dərəcə sertifikatları verilib.
AzVision.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, "The Landmark Hotel" və "Excelsior Hotel Baku" mehmanxanalarına 5 ulduz, "Bosfor", "Ariva", "Central Park", "Atropat" mehmanxanalarına və "Gəncəli Plaza" istirahət mərkəzinə 4 ulduz, "Araz", "Egoist" və "Balion" mehmanxanalarına isə 3 ulduz verilib.

AzVision.az


Teqlər:



Xəbər lenti