Prezidentlər təkbətək görüşdü - Yenilənib
Dövlət başçıları görüşdə çıxış ediblər.
***
Tacikistan Respublikasına rəsmi səfərə gedən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 16-da Düşənbədə Millət Sarayında rəsmi qarşılanma mərasimi olub.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon prezident İlham Əliyevi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Daha sonra Azərbaycanın və Tacikistanın dövlət himnləri səsləndi. Azərbaycan Prezidenti Tacikistan əsgərlərini salamladı.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Azərbaycan Respublikasının nümayəndə heyətinin üzvləri Prezident Emoməli Rəhmona, Tacikistan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər rəsmi foto çəkdirdilər.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


