Kəlbəcər girovları ilə görüş olacaq

Kəlbəcər girovları ilə görüş olacaq
  16 Oktyabr 2014    Oxunub:2014
Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən Kəlbəcər girovlarına yenidən baş çəkiləcək.
Bu barədə AzVision.az-a açıqlamasında Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəsmisi İlahə Hüseynova deyib. Komitə sözçüsü qeyd edib ki, görüşün vaxtı barədə dəqiq məlumat verə bilməz:

"Çünki biz görüş baş tutandan sonra məlumat verə bilərik”.

Qeyd edək ki, bu günlərdə erməni mətbuatı girov götürülən Şahbaz Quliyev və Dilqəm Həsənovun məhkəmə işinin başlayacığını yazıb. Qondarma məhkəmə işinin dəqiq nə zaman keçiriləcəyinə gəlincə, İ.Hüseynova bu barədə dəqiq məlumatının olmadığını qeyd edib.

“Bizdə də mətbuatda olan məlumatdır”.

Xatırladaq ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov bu ilin 29 iyun tarixində yaxınlarının qəbrini ziyarət etmək üçün doğma kəndlərinə - Kəlbəcərin Şapılar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüb. Onlarla birlikdə olan Həsən Həsənov isə öldürülüb. Ermənilər tərəfindən öldürülən Həsən Həsənovun meyiti danışıqlardan sonra Azərbaycana qaytarılıb və dəfn olunub. Erməni mətbuatı girov götürülən Şahbaz Quliyev və Dilqəm Həsənovun məhkəmə işinin başlayacığını yazıb Xankəndində baş tutacaq məhkəmə prosesinin keçiriləcəyi vaxt dəqiq bildirilməyib. Ermənilərin diversant adlandırdığı həmvətənlərimiz “casusluq” və digər maddələrlə ittiham olunurlar.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti