Nazir saxta diplomlardan və maaş problemindən DANIŞDI

Nazir saxta diplomlardan və maaş problemindən DANIŞDI
  16 Oktyabr 2014    Oxunub:2510
Bu gün Təhsil Nazirliyində prezidentin sərəncamı ilə “Tərəqqi” medalı və “Əməkdar müəllim”, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adları ilə təltif olunan təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov nazirliyin təhsil sahəsində gördüyü işlərdən danışıb. O vurğulayıb ki, 500 dən çox bal toplayaraq müəllimlik ixtisasında təhsil alan tələbələrə təqaüdlər veriləcək:

“Gənc müəllimlərin peşəkarlığını artırmaq üçün 500 baldan daha çox nəticə göstərən və müəllim peşəsini seçən 300 I kurs tələbəsinə təqaüdlərin verilməsi nəzərdə tutulub. Müəllim peşəsini layiqincə yerinə yetirə bilməyən insanların saxta diplomla təmin olunması tamamilə aradan qaldırılıb. Gələcəkdə yaradılacaq vahid məlumat bazasının fəaliyyəti belə halların qarşısını almaq məqsədilə Təhsil Nazirliyi tərəfindən müvafiq addımlar atılıb”.

Bundan başqa nazir dərsliklərin qiymətləndirilməsi prosesindən də söz açıb.

“Dərsliklərin qiymətləndirilməsi prosesi TQDK və ali təhsil mərkəzlərində fəaliyyət göstərən müəllimlər tərəfindən aparılır. İlk dəfə olaraq VIII siniflər üzrə kurikulum dərslikləri hazırlanır. Kurikulum üzrə təhsil alan şagirdlər hələ ki VII sinifdədirlər”.

Daha sonra nazir ilk dəfə keçirilən müəllimlərin sınaq qiymətləndirilməsində Bakı şəhəri üzrə bütün müəllimlərin uğurla iştirak etdiyini deyib:

“Dərs yükünün daha optimalllaşdırılması və bu sahədə aparılacaq islahatlar müəllimlərin əmək haqqı probleminin həllinə aparan yeganə yoldur. Dekabr ayının sonuna qədər bununla bağlı yeni təklif hökumətə təqdiq olunacaq. Biz bu təklifləri tam yekunlaşdırdıqdan sonra hökumətə təqdimetməyi nəzərdə tutmuşuq. Respublikanın kənd rayonlarında çalışan müəllimlərin iş şəraitini optimallaşdırmaq üçün əlavə onlara ödənişlərin məbləği artırılıb”.

Təhsil naziri həmçinin qeyd edib ki, hazırda müasir peşə təhsili mərkəzlərinin icrası davam etdirilir. Bu layihə çərçivəsində təhsilini bitirən məzunların işlə təmin olunmasında müsbət nailiyyətlər olacaq.

Nazir qeyd edib ki, bu il ilk dəfə olaraq peşə təhsilinə qəbulun səviyyəsi əvvəlki illərlə müqayisəli şəkildə tərtib olunub: “Ali təhsil sitemində mövcud olan ixtisaslara yenidən baxılıb. Dərs yükləri optimallaşdırılıb.
“SABAH” qruplarında müasir ali təhsil sisteminin tələblərinə uyğun olaraq müəllim və tələbələr sağlam rəqabət apara biləcəklər. Dövlət proqramı çərçivəsində xaricdə təhsil almaq üçün 570 nəfər tələbə adını qazanıb. Hazırda ali təhsil sistemi sahəsində Dünya Bankı ilə yeni layihənin müzakirəsi aparılır”.

Nazir vurğulayıb ki, orta təhsil sitemində islahatlar davam edir: “İsmayıllı və Masallıda yeni kolleclər açılıb. Qəbulun təkmilləşdirilməsi üçün buraxılış imatahanları ilə qəbul imtahanları arasındakı gərginlik aradan qalıdırılacaq. Növbəti təhsil ilindən həm orta ixtisas, həm də yaradıcılıq təhsil müəssiələri üzrə yeniliklər tətbiq olunacaq. Onun sözlərinə görə, artıq 1 ay ərzində şagirdlərin həm buraxılış, həm də qəbul imtahanında iştirakına ehtiyac qalmayacaq. Yeni prinsiplərə yiyələnməyi məhdudlaşdıra bilmərik. Müəllim ordusunun inkişaf etdirilməsi üçün islahatlar aparılır.

Müəllim hazırlığı prosesində yeniliklər tətbiq etmək vacib amil kəsb edir. Çünki bugünkü qanunvericilikdə ixtisasartıma kurslarını uğurlu və uğursuz bitirən müəllimlər arasında heç bir fərq yoxdur Bu baxımdan müəllim hazırlığı prosesində yeniliklər tətbiq etmək vacib amil kəsb edir”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti