İlham Əliyev tacik spikerlə görüşdü
AzVision.az xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq bildirildi, ölkələrimiz arasında münasibətlərin genişləndirilməsində parlamentlərin rolunun əhəmiyyəti vurğulandı. Bildirildi ki, dərin tarixi və mədəni əlaqələrə malik olan Azərbaycan ilə Tacikistan dost və tərəfdaş ölkələrdir. Vurğulandı ki, ölkələrimizin daha da yaxınlaşmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. Bu gün Azərbaycan və Tacikistan prezidentlərinin imzaladığı Birgə Bəyannamənin əməkdaşlığın daha da dərinləşdirilməsinə böyük töhfə verəcəyi ifadə edildi.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


