Artur Rasizadə Bakıya gələn nazirlərlə görüşdü
Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizinin ümumən regionun geosiyasi xəritəsində oynadığı mühüm rola toxunan Baş nazir, daha sonra qonaqların diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldib. O, Ermənistanın təcavüzkar niyyətlərinin regional əməkdaşlıq və birgə layihələrin icrası üçün maneə olduğunu nəzərə çatdıraraq, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri əsasında həllinə alternativ olmadığını vurğulayıb.
Görüşdə çıxış edən qonaqlar regional əməkdaşlığın inkişafı və nəqliyyat infrastrukturunun yeniləşməsi baxımından Bakı konfransının xüsusi əhəmiyyətini qeyd edərək, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsini dəstəklədiklərini, bu layihənin Avrasiya məkanında sərnişin və yük axınının sürətli və təhlükəsiz hərəkətini təmin edəcəyini, dəmiryolu şəbəkələri ilə səmərəli inteqrasiya üçün əhəmiyyətli olacağını bildiriblər.
Qəbulda qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


