Birinci xanım görülən işlərlə maraqlandı
Azərbaycanın birinci xanımı texnologiya, media, informatika otaqlarında və digər otaqlarda iş prosesi ilə tanış olub, yaradılan şəraitlə maraqlanıb. Məlumat verilib ki, Əməliyyat Komitəsinə dünyanın 40 ölkəsindən mütəxəssislər cəlb olunub. Ümumilikdə komitədə yerli və xarici mütəxəssislərdən ibarət 1000 nəfərə yaxın işçi çalışır.
Sonra Mehriban Əliyevanın iştirakı ilə birinci Avropa Oyunlarına hazırlıqla bağlı görüş keçirilib. Görüşdə Avropa Oyunları ilə əlaqədar bəzi məsələlər müzakirə olunub. Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva müvafiq tapşırıq və tövsiyələrini verib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


