"Yeddi gözəl" ABŞ-da

"Yeddi gözəl" ABŞ-da
  17 Oktyabr 2014    Oxunub:2445
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ABŞ-ın Kaliforniya ştatında səhnələşdirilən "Yeddi gözəl” baleti okeanın o tayında ilk dəfə nümayiş etdirilib.
Azərbaycan Bəstəkarlar İttifaqından verilən məlumata görə, baletin təqdimat mərasimində iştirak etmək üçün Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Azadə Quliyeva, Xalq artisti xoreqoraf Mədinyə Əliyeva və dirijor Eyyub Quliyevdən ibarət nümayəndə heyəti okeanın o tayına səfər etmişlər.

Dahi Qara Qarayein əzəmətli musiqisinin sehrindən yaranmış bu şah əsər üç mindən çox amerikalının izlədiyi Kaliforniyanın ən gözəl şəhərlərindən olan San-Dieqonun tanınmış Şəhər Teatrında (Civic Theater) göstərilib.

Qeyd edək ki, tamaşadan sonra konsulluq rəsmi qəbul da keçirilib. Mərasimdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu cənab Nəsimi Ağayev "Yeddi gözəl” baletinin bu nümayişini Azərbaycan mədəniyyəti tarixində əlamətdar hadisə kimi dəyərləndirib. Baş konsul uğurla keçən tamaşanı Azərbaycan mədəniyyət diplomatiyasının zəfəri kimi qiymətləndirib. Tədbirdə söz alan Firəngiz xanım tamaşanın mahiyyətindən, "Yeddi gözəl” baletinin tərənnüm etdiyi tolerantlıq, multikulturalizm kimi bəşəri dəyərlərdən bəhs edib və öz təəssüratlarını bölüşüb


Teqlər:



Xəbər lenti