Leyla Yunusun kamera yoldaşı `Azadlıq`ı məhkəməyə verdi

Leyla Yunusun kamera yoldaşı `Azadlıq`ı məhkəməyə verdi
  17 Oktyabr 2014    Oxunub:1918
Oktyabrın 16-da Yasamal rayon Məhkəməsinin katibliyi Nuriyyə Hüseynovanın vəkil Əlayıf Həsənova qarşı iddiası üzrə qərar qəbul edib.

Qərarda icraatın yeniləndiyi, iddiaçının `Azadlıq` qəzeti redaktoruna qarşı ittihamlarının da işə əlavə olunduğu bildirilir.

Bu haqda AzadlıqRadiosuna Əlayıf Həsənov məlumat verib.

Qeyd edək ki, Bakı İstintaq Təcridxanasında Leyla Yunusla bir kamerada saxlanan Nuriyyə Hüseynova Əlayıf Həsənovu ona böhtan atmaqda və aşağılamaqda günahkar bilərək xüsusi ittiham qaydasında məhkəməyə verib. Bir müddət öncə Əlayıf Həsənov, Leyla Yunusa istinadla, öz Facebook hesabında yazıb ki, Nuriyyə Hüseynova kamerada hüquq müdafiəçisinə fiziki və psixoloji təzyiq edir, qohumlarının gətirdiklərini onun əlindən alır. `Azadlıq` qəzeti həmin status əsasında xəbər hazırlamışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti