`Ordan-burdan oğurluq edirlər` - Siyavuş Novruzov

`Ordan-burdan oğurluq edirlər` - Siyavuş Novruzov
  17 Oktyabr 2014    Oxunub:1565
“Əvvəla, Avropa təşkilatları ilə Azərbaycanın çox yaxşı əlaqələri var və bütün Avropa qurumları ilə hərtərəfli əməkdaşlığımız davam edir. Avropa Parlamenti, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Təşkilatı kimi bəzi qurumlar həmişə Azərbaycana qarşı qərəzli olub”.
AzVision.az xəbər verir ki, bunu “Yeni Müsavat”a müsahibəsində YAP-çı millət vəkili Siyavuş Novruzov Milli Şuranın 12 oktyabr mitinqində Avropa Birliyinin bayraqlarının qaldırılması, bir qrup müxalifət partiyasının AB ilə bağlı birgə bəyanat qəbul etməsinə münasibət bildirərkən deyib.

S. Novruzov qeyd edib ki, Azərbaycan postsovet və Şərqi Avropa ölkələri arasında Avropa İttifaqı ilə həyata keçirdiyi layihələrə görə birinci yerdə gedir: “20 milyard dollardan yuxarı həcmdə ikitərəfli iqtisadi layihələr həyata keçirilir. Avropanın enerji təhlükəsizliyində Azərbaycan ən vacib rollardan birini oynayır, baxmayaraq ki, bununla bağlı təzyiqlər var. Ümumilikdə Avropa deyəndə Avropa ilə əməkdaşlıqdan söhbət gedir. Elə məsələlər var ki, Azərbaycan onu ölçülü-biçili, balanslaşdırılmış şəkildə, təkamül yolu ilə həyata keçirdir, kor-koranə yox. Məsələn, biz NATO-nun 300-dən artıq proqramında iştirak edirik, Azərbaycan ordusunun zabitləri NATO təlimləri alır. O cümlədən Sərhəd Qoşunları, Daxili Qoşunlar. Azərbaycanın təlim və tədrisi 2007-ci ildən NATO standartlarına uyğunlaşdırılıb. NATO-ya üzv olmaq üçün bəyanat verən ölkələrin nə ordusunun büdcəsi, nə dövlət büdcəsi, nə qanunvericilik Azərbaycan səviyyəsində deyil.

Sadəcə olaraq, onlar bəyanat verməklə “qarğa, məndə qoz var” funksiyasını həyata keçirirlər. Azərbaycan isə balanslaşdırılmış siyasət aparır. O ki 5-6 hüştürüm düşüb ortaya, Avropaya yaxınlığı ilə seçilmək istəyir, biz həmişə görmüşük ki, həmin adamlar narıncı paltar geyib, yaxud əllərinə gül dəstəsi götürüb küçəyə çıxıblar. Yəni dünyada baş verən hadisələrlə bağlı bunların öz fikirləri, xalqa verəcək hansısa təklifləri yoxdur, ondan-bundan oğurluqla, hansısa ölkələri yamsılamaqla məşğuldurlar. Yuqoslaviyadan başlamış indiyədək biz bu proseslərin şahidi olmuşuq. Lakin bunlar zaman, məkan, şəxsiyyət, xalq-dövlət münasibətlərini ölçmürlər. Hadisələr baş verən ölkələrdə tamam başqa məsələlərdən söhbət gedirdi. Yoxsa bir bayraq qaldıran kimi burda nəsə baş verəcəyini düşünmək yanlışdı, bununla məsələ həll olunmur”.


Teqlər:  





Xəbər lenti