`Su durduğu yerdə iylənir` - Deputatdan Berti Foqtsa

`Su durduğu yerdə iylənir` - Deputatdan Berti Foqtsa
  17 Oktyabr 2014    Oxunub:1837
“Berti Foqtsun istefasını normal qarşılayıram. Düşünürəm ki, bunun yığmaya təsiri olacaq”.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib.
Berti Foqtsun futbol üzrə milli komandamızdan istefa verməsinə münasibət bildirən deputat yığmamızın uğursuzluğunda Foqtsun günahsız olduğunu deyib.

“Məşqçi özü futbol oynamır ki? Məşqçinin texnikası pisdirsə, yaxşı oyunçu olub onu seçməyibsə, hansısa mövqedə güclü oyunçunu oynatmayıbsa, belə şeylərə əsasən müəyyən etmək olar ki, o, doğru seçim etməyib. Burada faktiki olaraq əzmkarlıqdan söhbət gedir. Azərbaycan Xorvatiyaya qalib gələsi deyil ki? Amma Azərbaycan ən azı qürurunu, şəxsiyyətini göstərməlidir ki, mən də ölkəyəm, mənim də komandam var. Söhbət bundan gedir, təəssüf ki, bu hal görünmədi”.

Millət vəkili hesab edir ki, yerli məşqçiyə imkan yaradılarsa, komandanın uğur qazanma ehtimalı artar:

“Azərbaycanda yerli məşqçinin işləmə potensialı çox zəif olur, buna fürsət verilmir. Belə olanda da bir-iki oyundan sonra cəmiyyət məşqçinin istefasını tələb edir. Yerli məşqçiyə səbrlə yanaşma olsa uğur qazanmaq imkanları ortaya çıxa bilər”.

Foqtsun istefasının futbolumuza təsirinə gəlincə, F.Mustafa bildirib ki, bu addımın müsbət mənada effekti olacaq:

“Su durduğu yerdə iylənir. Uzun müddət bir adamın uğursuzluq zolağında bir postda qalması yanlışdır. Hətta onun günahı ucbatından olmasa belə məğlubiyyət, gerilik varsa, onun bədəlini ödəməlidir.

Qeyd edək ki, futbol üzə milli komandamızın baş məşqçisi Berti Foqts ötən gün AFFA-dakı toplantıda istefa verdiyini açıqlayıb. O, millini əzmkarlıq göstərməməkdə günahlandırıb və Azərbaycan yığmasında gələcəyini görmədiyini deyib.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti