`Müflis olanda hər şeyini satıb ödəyirsən...`- Hafiz Məmmədov

`Müflis olanda hər şeyini satıb ödəyirsən...`- Hafiz Məmmədov
  17 Oktyabr 2014    Oxunub:2290
“Futbol o qədər səsli-küylü oyundur ki, futbolda yaranan durum barədə hətta Nyu-Yorkda da danışılır” .
AzVision.az xəbər verir ki, bunu tanınmış iş adamı, “Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədov AFFA-nın saytına müsahibəsində bildirib.

Son günlər “Bakı” klubunun üzləşdiyi maliyyə böhranından söz açan iş adamı bu barədə mətbuatda yazılanlara aydınlıq gətirib:

“Heç nə baş verməyib. Holdinqdə baş verən olaylardır. Biznesdə böhrana uğramaq kimi bir şey olmayıb. Sadəcə, illər əvvəl infrastruktura yatırdığımız vəsaitin geri dönməməsi nəticəsində “default” olduq. Müflis olanda hər şeyini satıb borclarını ödəyirsən. “Default” zamanı isə 10 manat alacağın ola bilər, 1 manat verəcəyin. 10 manat alacağın yubandıqda, 1 manat verəcəyini verə bilmirsən və bu halda sənə “default” deyirlər. Bizdə o vəziyyət oldu. İllərlə bəzi yerlərə yatırdığımız sərmayə geri dönmədikdə bir az maliyyə sıxıntısı yaşadıq. Holdinq olaraq bu da bizim digər strukturlarımıza təsir etdi. O cümlədən də futbola. Ancaq futbol o qədər səsli-küylü qurumdur ki, digər strukturlardan səs çıxmadığı halda, futbolda yaranan durum barədə hətta Nyu-Yorkda da danışılır. Yavaş-yavaş işləri qaydasına salırıq”.

Hafiz Məmmədov “Bank of Azerbaijan”da futbolçuların depozitləri olması məsələsinə də toxunub: “Bank elə bir qurumdur ki, bir vətəndaşın depozitini qəbul edib, hansısa digər vətandaşa və ya kredit təşkilatına yönəldərək mənfəət əldə edir. Kredit verilən şəxslərin kreditlərini geri qaytarmasında problem olduğu üçün bankda qarışıqlıq yarandı. Bu da tədricən həll olunur. Ad çəkmək istəmirəm, həmin futbolçularla şəxsən danışmışam. Söz vermişəm ki, yaxın zamanda bu məsələ həllini tapacaq”.

AzVision.az


Teqlər:  



Xəbər lenti