İsa Qəmbər Arif Hacılını postundan uzaqlaşdırır?

İsa Qəmbər Arif Hacılını postundan uzaqlaşdırır?
  17 Oktyabr 2014    Oxunub:2556
`Müsavat Partiyasının növbədənkənar qurultayı çağırılacaq. Bunun 6-7 ay ərzində baş tutması gözlənilir. Çünki son qurultayda yarımçıq qalan işləri tamamlamaq lazımdır`.
Bu barədə AzVision.az-a açqlamasında Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslı məlumat verib.

O vurğulayıb ki, partiya nizamnaməsində Müsavatın növbədənkənar qurultayı proseduru nəzərdə tutulub:

“Nizamnamənin prosedur qaydalarına görə qurultay nümayəndələrinin 3-də birinin imzası ilə yenidən çağırıla bilər. Orada nizamnamə və əsasnamə dəyişikliləri olmalı idi, hansı ki ona vaxt çatmadı. Ona görə də yenidən qurultay çağırıb o dəyişiklikləri etmək qərarına gəldik. Amma məqsəd başqanın dəyişdirilib, yenidən İsa Qəmbərin gətirilməsi deyil”.

T.Abbaslı bildirib ki, İsa Qəmbərin yenidən başqanlığa gətirilməsi nəzəri baxımdan mümkündür, amma bu uzun və qəliz prosedurdur:

“İsa Qəmbərin yenidən başqanlğa gətirilməsi üçün Nizamnamə dəyişməlidir, bu günkü başqana gizli səsvermə ilə etimadsızlıq göstərilməlidir, növbəti gizli səsvermə ilə isə kimi başqan görmək istəyirlərsə, ona səs verilməlidir. Bu, çox uzun və qəliz prosedurdur”.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti