“Gəlin, məktublar göndərək” - Deputatdan çağırış

“Gəlin, məktublar göndərək” - Deputatdan çağırış
  17 Oktyabr 2014    Oxunub:1268
“Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri, işğal edilmiş Dağlıq Qarabağ regionunda və digər ərazilərdə zorakı məskunlaşdırma və digər qanunsuz fəaliyyət haqqında həm beynəlxalq parlament təşkilatlarına, həm də ayrı-ayrı ölkələrinin parlamentləri ilə dostluq qruplarının üzvlərinə fərdi olaraq olaraq məktublar göndərək və xahiş edək ki, onlar bu məsələni öz parlamentlərində qaldırsınlar”.
AzVision.az xəbər verir ki, bu fikirləri millət vəkili Musa Qasımlı Milli Məclisin bu gün keçirilən iclasında deyib.

“Bildiyiniz kimi ermənilər 2015-ci ildə tarixdə heç zaman olmayan “qondarma soyqrımın” 100 illiyini qeyd etməyə haırlaşır. Biz də bundan istifadə edərək öz həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmalıyıq. Fikrimcə, əvvəlki 2015-ci ildə Xocalı soyqrımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Milli Məcilis daha fəallıq göstərə bilər. Bunun bizə böyük faydası ola bilər”.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti