Deputat Kabalyenin Qarabağa səfərini pislədi

Deputat Kabalyenin Qarabağa səfərini pislədi
  17 Oktyabr 2014    Oxunub:1141
Millət vəkili Qənirə Paşayeva Milli Məclisin iclasında dünya şöhrətli müğənni Monserat Kabalyenin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə qanunsuz səfərini pisləyib.
AzVision.az xəbər verir ki, millət vəkili M.Kabalyenin bundan əvvəl də qondarma “DQR”-ə səfər etdiyini xatırladıb və bu addımın növbəti dəfə yolverilməz olduğunu vurğulayıb.

Q.Paşayeva həmçinin işğal olunmuş ərazilərlə bağlı qanun layihəsinin müzakirəyə çıxarılmasını və qəbul olunmasını təklifini irəli sürüb:

“Hesab edirəm ki, məhz bu qanun vasitəsilə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən şəxslərin, siyasətçilərin, dövlət adamlarının, həmçinin qondarma DQR-lə işbirliyi quran şirkətlərin qanunsuz əməllərinin qarşısını almaq olar.

Həmin qanunda bu şəxslərin Azərbaycanın işğal altında olan torpaqlarına səfərlərinin, həmçinin qondarma DQR-lə işbirliyinin qurmasının yolverilməz olduğu və bunun üçün sanksiya nəzərdə tutulduğu vurğulanmalıdır.

Ümumiyyətlə bu tipli qanunlar bir sıra ölkələrdə, o cümlədən qonşu Gürcüstanda da var. Hesab edirəm ki, bizdə də belə bir qanunun qəbuluna ciddi etiyac var”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti