Müsavatda qalmaqal səngimir

Müsavatda qalmaqal səngimir
  17 Oktyabr 2014    Oxunub:1678
“Müsavata kimin xəyanət etdiyini zaman göstərəcək”
Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy partiya sədri Arif Hacılının istefa verən gənclərlə bağlı açıqlamasına münasibət bildirib.

AzVision.az xəbər verir ki, o, şəxsi facebook səhifəsində gənclərin saxtakarlığa etiraz etdiyini qeyd edib:

“Partiyadan gedənlər kimə və nəyə xəyanət etdilər? Gənclik illərini Azərbaycanda demokratik dəyərlər uğrunda mübarizəyə sərf etmiş fədakar gəncləri xəyanətkar adlandırmaq,açıq-aşkar qərəzdir və Arif Hacılı zehniyyətinə və populist xarakterinə uyğun açıqlama verib.

O gənlər fikrimcə, Müsavata yox, saxtakarlığa, qeyri-demokratik mühitə, ədəbsizliyə, yekəxanalığa, populizmə, şüarçılığa, qeyri-səmimiliyə mənəmmənəmliyə xəyanət edib.. Müsavata kimin xəyanət etdiyini isə zaman göstərəcək”.

Fatimə Kərimli


Teqlər:



Xəbər lenti