Xədicə İsmayılın məhkəməsi təxirə salındı

Xədicə İsmayılın məhkəməsi təxirə salındı
  17 Oktyabr 2014    Oxunub:1383
Oktyabrın 17-də "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılın məhkəməsi davam edib.

Bundan əvvəlki iclasda dövlət ittihamçısı iddiaçı Elman Həsənovun lehinə sənədlər təqdim edib. Xədicə İsmayılın vəkili Elton Quliyev həmin sənədlərin mənşəyinin bəlli olmadığını və məhkəmədə sübut kimi istifadə edilməsinin mümkünsüzlüyünü bildirib.

Vəkil sənədlərin işdən çıxarılması ilə bağlı vəsatət hazırlayacağını söyləyib. Məhkəmə yazılı vəsatətin hazırlanması üçün oktyabrın 23-dək təxirə salınıb.

Xatırladaq ki, «baş bayraqdar» adı ilə tanınan Elman Həsənov (Türkoğlu) jurnalist Xədicə İsmayılın Cinayət Məcəlləsinin böhtan maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Elman Həsənov jurnalistin öz facebook hesabında yaydığı bir məlumatda şəxsi həyatına müdaxilə edildiyini və ona böhtan atıldığını iddia edir... ("Azadlıq" radiosu).


Teqlər:



Xəbər lenti