Mikayıl Cabbarova şikayətlərini bildirdilər

Mikayıl Cabbarova şikayətlərini bildirdilər
  17 Oktyabr 2014    Oxunub:1694
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.
AzVision.az xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, oktyabrın 17-də təhsil naziri Mikayıl Cabbarov Qusar şəhərindəki Olimpiya İdman Kompleksində şimal bölgəsindən olan vətəndaşları qəbul edib.

Qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Xızı və Siyəzən rayonlarından olan 50-dən çox vətəndaşın müraciəti dinlənilib.

Təhsil şöbələri müdirlərinin və nazirliyin digər tabeli qurumlarının rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri əsasən işə qəbul, təhsil müəssisələrində buraxılış və qəbul imtahanları zamanı yaranan çətinliklər, diplomların tanınması, ixtisasın artırılması və ya dəyişdirilməsi ilə bağlı olub.

Müraciətlərin əksəriyyəti yerindəcə, operativ şəkildə həllini tapıb, bir sıra məsələlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınaraq, nəzarətə götürülüb.

AzVision.az


Teqlər:  



Xəbər lenti