“Leyla Yunusa görə Azərbaycan təklənə bilməz”

“Leyla Yunusa görə Azərbaycan təklənə bilməz”
  17 Oktyabr 2014    Oxunub:1614
“Bir Leyla Yunusa görə Azərbaycan heç vaxt təklənə bilməz. Doğrudanmı Amerika Birləşmiş Ştatlarının problemləri qurtarıb, indi Leyla Yunusla maraqlanır?! Məgər onların özündə problem yoxdur?!”
Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov söyləyib.

Onun sözlərinə görə, Amerikada irqçilik zəminində çox böyük problemlər var:

“Azərbaycanın daxili işlərinə qarışmaq lazım deyil. Hansısa erməni lobbisinin, hansısa qüvvələrin təsiri altında Azərbaycanla bağlı qərəzli bəyanatlar verilirsə, buna təəssüf etmək lazımdır”.

Z.Əsgərov deyib ki, Azərbaycana qarşı kampaniyalar çoxdan başlayıb, beynəlxalq aləmin Azərbaycana qarşı təhdidlərini rəsmi Bakı çox gözəl başa düşür: “Bəzi qüvvələr Azərbaycanın onlara hesabat verməsini istəyir”.

Z.Əsgərov Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovskinin Azərbaycana səfər etməsinə də münasibət bildirib: “Rusiyanın Azərbaycana münasibətini Jirinovski ilə ölçmək lazım deyil. O, xahiş etmişdi və Bakıya gəldi. Özü nə üçün gəldiyini gözəl bilir. Bu adamın indiyə qədər Azərbaycana olan münasibəti bəllidir. O, Azərbaycana gəldi, öz gözü ilə hər şeyi gördü. Qayıdandan sonra isə Dövlət Dumasında Azərbaycanı təriflədi”.(APA)


Teqlər:  





Xəbər lenti