Nazir həkimlərin müraciətinə baxdı

Nazir həkimlərin müraciətinə baxdı
  17 Oktyabr 2014    Oxunub:1137
Şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq səhiyyə naziri Oqtay Şirəliyev oktyabrın 17-də Salyan şəhərində vətəndaşları qəbul edib.
AzVision.az xəbər verir ki, Salyan Rayon Mərkəzi Xəstəxanasında gün ərzində aparılan səyyar qəbulda nazir Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl və Cəlilabaddan olan 40-a yaxın vətəndaşın müraciətinə baxıb.

Əsasən sağlamlıq problemləri, həkimlərin xarici ölkələrdə təkmilləşdirilməsi, işlə təminat və s. məsələlərlə bağlı olan müraciətlərin əksəriyyəti elə yerindəsə öz həllini tapıb. Nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti