`Müsavat partiya yox, qrupdur` - Millət vəkili

`Müsavat partiya yox, qrupdur` - Millət vəkili
  17 Oktyabr 2014    Oxunub:1686
«Məzahir Pənahovun bəxti onda gətirib ki, partiyadaxili seçkiləri MSK keçirmir. Yoxsa indi Müsavat daxilində baş verənlərə rəğmən deyəcəkdilər ki, bəs MSK seçkiləri saxtalaşdırdı; bəs biz filankəsə səs vermişdik, qutudansa bəhmankəs çıxdı və.s. Bir sözlə ara qarışıb, məzhəb itəcəkdi. Stəkanda növbəti fırtınada qopacaqdı».

Bu sözləri millət vəkili, telejurnalist Etibar Hüseynov öz facebook profilində yazıb.

“Yaxşı yadimdadır, bir neçə il öncə Müsavatda bu qəbildən daha bir seçki keçirilmişdi. O seçkidən də yadımda qalan Rauf Arifoğlunun "Mənə qarşı əsl əclaflıq etdilər" - deyimidir. Bütün bunlar bir daha sübut edir ki, ölkənin müxalifət cinahını təmsil edən partiyalar ideya ətrafında deyil, fərdlər ətrafında toplaşıb. Şəxs yoxdursa, partiya da yoxdur. Deməli, bu, partiya deyil, daha çox qrupdur. Gözümüzün önündə reallıq var. İsa Qəmbər getdi, kabinetindən çıxmamış Müsavat dağıldı”,- deyə o, əlavə edib.


Teqlər:  



Xəbər lenti