İlham Mirzəyev xəstəxanaya yerləşdirildi

İlham Mirzəyev xəstəxanaya yerləşdirildi
  18 Oktyabr 2014    Oxunub:2604
Tanınmış teleapırıcı İlham Mirzəyevin barəsində çıxarılan hökmdən apelyasiya şikayəti veriləcək.
AzVision.az xəbər verir ki, bu barədə lent.az-a İ.Mirzəyevin vəkili Xanlar Bayramzadə məlumat verib.

O bildirib ki, aparıcıya elan edilən ittihamlarda cinayətin əsası yoxdur. Vəkilin sözlərinə görə, həmin ittihamlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada həll edilməli idi.

X. Bayramzadə apelyasiya instansiyasında İlham Mirzəyevə bəraət hökmünün çıxarılmasını tələb edəcəklərini bildirib, eləcə də, teleaparıcanın səhhətində problemlərin olduğunu qeyd edib. “O, xəstəxanaya yerləşdirilib, bel ağrısından və bir neçə xəstəlikdən əziyyət çəkir. Hazırda cəzaçəkmə məntəqəsinin tibb məntəqəsində müalicə olunur”.

Qeyd edək ki, İlham Mirzəyev Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilib


Teqlər:  





Xəbər lenti