Hüquq müdafiəçiləri əfv sərəncamını alqışladılar
S.Qocamanlı bildirib ki, hüquq müdafiəçisi olaraq prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanmasını yüksək qiymətləndirir: “Həsən Hüseynli, iki nəfər “NİDA”çı gənc və bir nəfər blogger azadlığa buraxılıb. Bu addımı çox yüksək qiymətləndirirəm və ümid edirəm ki, yanvar ayına kimi növbəti əfv sərəncamı imzalanacaq”.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə əfv sərəncamının imzalanmasını müsbət qiymətləndirdiyini deyib: “Təşəkkür edirik ki, prezident ildə bir neçə dəfə belə humanist addım atır. Biz ilin axırında gözləyirdik. Bizim üçün də sürpriz oldu. O siyahıda olan şəxslərin ailələri də sevinir. Bu yüzlərlə insanın sevinci deməkdir”.
Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, dekabr ayında da növbəti əfv sərəncamının imzalanmasına ümid edir: “Bu addımı yüksək qiymətləndiririk və ümid edirik ki, dekabr ayında növbəti əfv sərəncamı imzalanacaq”.







Vaxtında, Aydın, Lazımlı!


