Prezident və xanımı Daşkəsəndə - YENİLƏNİB

Prezident və xanımı Daşkəsəndə - YENİLƏNİB
  18 Oktyabr 2014    Oxunub:1996
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 17-də Daşkəsəndə Gənclərin Təlim və İstirahət Mərkəzinin açılışında iştirak ediblər.

Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, ərazisi 2250 kvadratmetr olan mərkəz respublikada ən böyük gənclər mərkəzlərindən biridir. Binanın birinci mərtəbəsində stolüstü oyunlar zalı və kafe bütün lazımi avadanlıqla təchiz olunub. Video-studiyada ən son texnologiyalar quraşdırılıb. Burada gənclərin müxtəlif növ verilişlər hazırlamaq imkanı olacaq. Bildirilib ki, Mərkəzin yaradılmasında əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır.

Prezident İlham Əliyevə məlumat verilib ki, binanın ikinci mərtəbəsində mehmanxana fəaliyyət göstərəcək. Burada həm təlim keçən gənclərin, həm də idmançıların rahat istirahəti üçün hər cür şərait yaradılıb. Mərkəzdə kompyuter bilikləri və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır. Konfrans zalı müasir üslubda yaradılıb. Burada müxtəlif mövzularda “dəyirmi masa”lar keçirmək mümkün olacaq. Yaradıcılıq mərkəzində gənclər həm sənət öyrənəcəklər, həm də onların əl işləri sərgilənəcək.

Prezident İlham Əliyev açıq havada quraşdırılan idman qurğuları ilə də tanış olub. Burada futbol, basketbol və voleybol meydançaları var. Dövlət başçısına məlumat verilib ki, kompleksdə 6 kottec inşa olunub. Burada da istirahət üçün hər cür şərait yaradılıb. Dövlət başçısı görülən işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 17-də Daşkəsəndə yeni avtovağzal kompleksinin açılışında iştirak ediblər.

Dövlət başçısına məlumat verilib ki, müasir memarlıq üslubunda inşa olunan avtovağzalın tikinti sahəsi 500 kvadratmetrdir. Ərazisi bir hektara yaxın olan avtovağzal kompleksinin tikintisinə 2013-cü ilin martında başlanılıb və bu ilin oktyabrında başa çatdırılıb.

Qeyd olunub ki, binada sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılıb. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə nəqliyyat sisteminin inkişafı naminə çoxşaxəli fəaliyyətlərini əks etdirən fotoguşələr yaradılıb.

Daşkəsəndə son illər görülən işlər buraya turistlərin axınını sürətləndirib. Yeni avtovağzalın inşası isə rayona gələn turistlərin də rahatlığını təmin edəcək.
Dövlətimizin başçısı müvafiq tövsiyə və tapşırıqlarını verib.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 17-də Daşkəsən Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olublar.

***
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 17-də Daşkəsən rayonuna səfərə gedib.

AzVision.az xəbər verir ki, dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Azərbaycan Prezidentinə burada görülən abadlıq işləri barədə məlumat verib.

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Daşkəsəndə Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər. Mərkəzdə gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönələn kurslar təşkil ediləcək. Bunun üçün internet sinfi, elektron kitabxana və kompyuter mərkəzi qurulub. Məktəblilərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri üçün xüsusi dərnəklər də mövcuddur. Burada, həmçinin rəsm studiyası və xalçaçılıq kursları da fəaliyyət göstərəcək.



Teqlər:  





Xəbər lenti