Deputat ayda 1000 manat cərimə ödəyir

Deputat ayda 1000 manat cərimə ödəyir
  18 Oktyabr 2014    Oxunub:2021
Milli Məclisin bu gün keçirilən iclası maraqlı müzakirələrlə yadda qaldı. “Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılan zaman bəzi deputatlar yollarda quraşdırılan radarlardan şikayətlənib.

Millət vəkili İqbal Ağazadə deputatların avtomobillərinin yollarda elektron radara düşməsindən və buna görə cərimələr tətbiq olunmasından şikayətlənib:

“Konstitusiyaya görə, millət vəkilinə inzibati cəza tətbiq oluna bilməz. Ancaq avtomobili satarkən, dəyişərkən Dövlət Yol Polisinin əməkdaşları bildirirlər ki, bu avtomobilin 10 min manatlıq, 20 min manatlıq cəriməsi var, ödənməlidir. Deyəndə ki, bunun üçün inzibati protokol yazmalısan, imtina edir. Qanunla Konstitusiya arasında bu ziddiyyət aradan qaldırılmalıdır. Millət vəkilləri bəzən tədbirlərə tələsir, istər-istəməz avtomobillərin elektron radarlara düşməsi hallarına rast gəlinir”.

Deputat Ərəstun Cavadov isə deyib ki, hər ay radara görə 1000 manata yaxın cərimə ödəyir.

AzVision.az



Teqlər:



Xəbər lenti