Putinin Qarabağ planı - müzakirə qızışacaq

Putinin Qarabağ planı - müzakirə qızışacaq
  18 Oktyabr 2014    Oxunub:2652
Krımın ilhaqı və Ukraynada hibrid müharibəsi Rusiyanın iqtisadiyyatını tamamilə çökdürəcək. Lakin Rusiya prezidenti Vladimir Putin öz kursunu dəyişmək fikrində deyil. Əgər Putin Ukraynada istədiyinə nail olmasa, digər dondurulmuş münaqişələri də alovlandıracaq.

Almaniyanın “Die Zeit” qəzetində Putinin gələcək planları barədə məqalə dərc edilib.

Qəzet yazır ki, Vladimir Putinin hədəfində Dağlıq Qarabağ münaqişəsi də yer alıb. Müəllifin sözlərinə görə, Putin Ukraynanın şərqində daha bir dondurulmuş münaqişə zonası yaratmağı planlaşdırır. Rusiya prezidenti buna nail olsa, gələcəkdə həmin bölgədə separatçılar vasitəsilə döyüş və qarşıdurmalar təşkil edərək Ukraynanı asanlıqla şantaj edəcək.

Müəllif qeyd edir ki, analoji hadisə Putinin kolleksiyasına aid digər dondurulmuş münaqişələrə də aiddir.

"Putin çalışır ki, Ukraynada qələbə qazansın. Rusiya məğlubiyyətə doğru getsə, digər dondurulmuş münaqişələri – Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Moldovada Dnestryanı, Azərbaycanda Dağlıq Qarabağ münaqişələrini yenidən alovlandıracaq", deyə məqalədə qeyd olunur.(ans)


Teqlər:





Xəbər lenti