Arif Hacılı müsavatçıları qucaqlaşmağa çağırdı
“Müsavat partiyasında keçirilən seçkilər zamanı rəqabət şəraitində irəli sürülən iradları, ittihamları hətta etik normaları aşmış olsa belə unudacağımı demişdim. Hər kəsi də 27 sentyabr qurultay günündən sonra əvvəlki rəqabəti unutmağa birgə fəaliyyət göstərməyə çağırmışdım. Əksər partiya üzvləri bu çağırışıma qoşulsalar da qarşılıqlı ittihamlar tam durdurulmadı.
18 oktyabr istiqlal günündə bir daha partiya üzvlərinə səslənirəm. Partiyada bu günədək olan ittihamlar, təftişçilik meylləri ilə bağlı hərəkətləri seçki kampaniyası kontekstində olan fəsadlar kimi dəyərləndirib unutmağa çalışaq”.
Partiyanı tərk edənlərlə bağlı sərt mövqeyində qalacağını vurğulayan başqan Müsavat üzvlərini yola birgə davam etməyə çağırıb:
“Təhqir və böhtanlar istisna olmaqla və partiyanı tərk edənlərlə bağlı sərt mövqeyimizdə qalmaqla, olub keçənləri unudaq. Qucaqlaşaq. Yolumuza hər bir partiya üzvü ile birlikdə davam edək. Hər birinizi bir daha Milli İstiqlal günü münasibəti ilə təbrik edirəm”.
Fatimə Kərimli







Vaxtında, Aydın, Lazımlı!


