AZAL uçuş sayını iki dəfə artırır

AZAL uçuş sayını iki dəfə artırır
  18 Oktyabr 2014    Oxunub:1160
"Azərbaycan Hava Yolları" (AZAL) QSC noyabrın 1-dən etibarən Bakı-Həştərxan marşrutu ilə aviyareyslərin sayını həftədə iki dəfəyə çatdıracaq.
AZAL-dan AzVision.az-a verilən məlumata görə, Bakı-Həştərxan-Bakı istiqamətində "Embraer-190" tipli hava gəmiləri ilə reallaşan uçuşlar hər həftənin şənbə və bazar günləri Bakıdan yerli vaxtla saat 19:00-da həyata keçiriləcək.

Təyyarələr Həştərxana yerli vaxtla saat 19:20-də enəcək. AZAL geri istiqamətdə uçuşları da həftənin səhəri gün saat 03:15-də həyata keçiriləcəyini açıqlayıb. Həştərxandan gələn təyyarələr Bakıya yerli vaxtla saat 05:35-də enəcək.

Qeyd edək ki, hazırda Bakıdan uçuş bazar günləri, geriyə - bazar ertəsi günləri yerinə yetirilir, bir istiqamətdə aviabiletin qiyməti 215 manat, hər iki istiqamətdə isə 296 manatdır.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti