Rza Zərrabın cinayət işinə xitam verildi

Rza Zərrabın cinayət işinə xitam verildi
  18 Oktyabr 2014    Oxunub:1729
İstanbul Baş Prokurorluğunun 17 dekabr rüşvət və qaçaqmalçılıqla bağlı açdığı cinayət işinə xitan verilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, arasında iş adamı Rza Zərrab və nazirlərin oğulları Barış Gülərlə Salih Kaan Çağlayanın da olduğu 53 nəfərin işinə xitam verilib.

Qərarı İstanbul Baş Prokurorluğunun dövlət ittihamçısı Ekrem Aydıner verib.

Prokuror 65 səhifəlik xitam qərarında səbəbini kifayət qədər dəlil toplanmaması ilə əsaslandırıb. Bundan başqa cinayət ünsürlərinin olmaması və hər hansısa bir təşkilat aşkarlanmadığı üçün işə xitam verilib.

Qeyd edək ki, ötən ilin dekabrında keçirilən əməliyyatda 70-dən çox iş adamı rüşvət və qaçaqmalçılıqda ittiham olunaraq saxlanmışdı. Onlar arasıdna 4 nazirin oğlu, məşhur iş adamları Rza Zərrab və Əli Ağaoğlu da var idi.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti