Azərbaycanın 3100 metrlik yeni neft quyusu

Azərbaycanın  3100  metrlik yeni neft quyusu
  18 Oktyabr 2014    Oxunub:1668
“Günəşli” yatağındakı 14-cü özüldən 353 nömrəli quyuda qazma işlərinə başlanılıb.
SOCAR-dan verilən məlumata görə, layihə dərinliyi 3 min 100 metr olan quyu kompleks qazma işləri tresti tərəfindən fasilə lay dəstəsinə qazılır. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 80 ton neft və 15 min kubmetr qaz hasil ediləcək.

Quyuda istismar işləri “28 May” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti