6 minə yaxın məhbus əfv olunub

6 minə yaxın məhbus əfv olunub
  19 Oktyabr 2014    Oxunub:1561
Azərbaycanda 1995-ci ildə təsis olunmuş əfv institutu 20 ilə yaxındır ki, tətbiq edilir və bu günədək 5 min 938 məhkuma şamil olunub.
Bunu jurnalistlərə müsahibəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanov deyib.

H.Əlixanov məlumat verib ki, bu ilin oktyabrın 17-də Prezident İlham Əliyev məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının müraciətlərinə baxaraq növbəti əfv Sərəncamı imzalayıb. Humanizm prinsiplərinə əsaslanan Sərəncam 84 məhkuma şamil edilib. Həmin şəxslərdən 80 nəfəri azadlıqdan məhrumolma yerindən azad olunanlardır. Bu zaman məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınıb.

Əfv komissiyasının işini yüksək qiymətləndirən rəis müavini komissiya üzvlərinin bütün müraciətlərə baxaraq süzgəcdən keçirdiyini və yalnız əfvə layiq adamların məhkumluqdan azad edilməsi barədə rəy verdiyini vurğulayıb.

Qeyd edək ki, oktyabrın 18-də Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində Sərəncamın icrasına başlanılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti