Bakıda QHT rəhbərinin maşını yandı

Bakıda QHT rəhbərinin maşını yandı
  21 Oktyabr 2014    Oxunub:1490
Bakının Səbail rayonunda avtomobil yanıb.

APA-nın məlumatına görə, hadisə İstiqlaliyyət küçəsində qeydə alınıb. "Lexus" markalı 10- UA-350 dövlət nömrə nişanlı maşın qəfildən alovlanıb. Xoşbəxtlikdən maşında olan 2 nəfərə heç xəsarət dəyməyib. Maşının sürücüsü Mahirə Əmirhüseynovanın sözlərinə görə, avtomobildə nasazlıq hiss edən kimi ətrafdakıların təkidindən sonra avtomobili tərk edib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Səbail rayon hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın tez bir zamanda söndürülüb.

İlkin ehtimala görə, yanğına maşının mühərrik hissəsində baş verən qısaqapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, zərərçəkən Mahirə Əmirhüseynova “XXI Əsrin Qadınları” İctimai Birliyin rəhbəridir.


Teqlər:





Xəbər lenti