Nazirlik `taksi ovu`na çıxdı

Nazirlik `taksi ovu`na çıxdı
  21 Oktyabr 2014    Oxunub:2002
Cari ilin yanvar-sentyabr aylarında Nəqliyyat Nazirliyinin "Avtonəqliyyatservis" Departamentinin 11 saylı "Regionalnəqliyyat" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən nəqliyyat xidməti göstərən avtobus və taksi fəaliyyəti ilə məşğul olan 3634 ədəd avtomobil qeydiyyata alınıb və onlara fərqlənmə nişanı verilib. Bu fəaliyyətdən dövlət büdcəsinə 71 min 737 manatdan artıq vəsait ödənilib.

MMC-dən AzərTAc-a bildiriblər ki, eyni zamanda, lisenziyası və daşınma sənədləri qaydasında olmayan hüquqi və fiziki şəxslər barəsində 391 ədəd inzibati tənbeh protokolu tərtib edilərək yerli icra qurumlarına göndərilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti