Respublika Yanıq Mərkəzinin müdiri istefa verdi
Onun sözlərinə görə Respublika Yanıq Mərkəzi üçün lazım olan vəsait və avadanlıq alınmayıb: “Özüm ərizəmi yazaraq işdən çıxdım”.
Məsələyə münasibət bildirən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Vüqar Ələkbərovun söylədiklərini cəfəngiyat adlandırıb: “O, müdir kimi işini bacarmayıb, vəzifəsindən çıxarılaraq fəaliyyətini plastik cərrahiyyə şöbəsində həkim kimi davam etdirəcək. Mərkəz bütün lazımi aparatlarla, dərmanla təchiz olunur”.
Respublika Yanıq Mərkəzinə isə Şöhrət Məmmədov müdir təyin olunub.







Vaxtında, Aydın, Lazımlı!


