Azərbaycanda məhbus həbsxanada evləndi

Azərbaycanda məhbus həbsxanada evləndi
  21 Oktyabr 2014    Oxunub:1770
Azadlıqdan məhrum edilmiş şəxslərin “ASAN” xidmətin fəaliyyətindən yararlanmasına şərait yaradılması istiqamətində tədbirlər davam etdirilir. İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, növbəti belə tədbir Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabeliyindəki Bakı İstintaq təcridxanasında keçirilib.

Belə ki, Bakı İstintaq təcridxanasında saxlanılan həbs edilmiş şəxs Mahmudov Nizami Əmir oğlunun və yaxınlarının müraciəti əsasında Penitensiar xidmətin rəhbərliyi onun nikah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb. 21.10.2014-cü il tarixdə təcridxananın inzibati binasında 4 saylı Bakı "Asan Xidmət" mərkəzinin əməkdaşları Turan Abbasova, Pərvin Məmmədova və Akim Abbasov tərəfindən Mahmudov Nizami Əmir oğlunun vətəndaş Məmmədova Gülnar Müzəffər qızı ilə nikahı qeydə alınıb.

Yeni ailə quran gənclər yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin və “ASAN” xidmətin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti