Azərbaycanda 3 tələbə rektorun müşaviri oldu

Azərbaycanda 3 tələbə rektorun müşaviri oldu
  21 Oktyabr 2014    Oxunub:1621
Bakı Slavyan Universiteti (BSU) rektorunun müşaviri vəzifəsinə yeni təyinatlar olub. BSU-nun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycanda ilk dəfə olaraq rektorun müşavirləri təyin olunan şəxslərin hər biri ali məktəbin tələbəsidir.

Belə ki, BSU-nun rektoru Asif Hacıyevin əmri ilə Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin 2-ci kurs tələbəsi Elcan Məmmədov rektorun sosial məsələlər və tələbələrlə iş, filologiya (ingilis dili) fakültəsinin tələbəsi Ayşad Əsgərli innovasiya texnologiyaları üzrə, filologiya (İngilis dili) fakültəsinin tələbəsi Ali Eren Bugay isə informasiya və kommunikasiya texnologiyaları və reklam üzrə müşavir təyin edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti