Nazir köçkünlərə sovqat payladı

  22 Oktyabr 2014    Oxunub : 619
Nazir köçkünlərə sovqat payladı
Nazirlik hər il olduğu kimi, Qurban bayramı və 18 oktyabr Müstəqillik Günü ilə əlaqədar kəlbəcərli köçkün ailələrin yanında olmaq, Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından didərgin düşmüş insanlara yardım etmək və mənəvi dəstək göstərmək ənənəsinə sadiq qalıb.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, 1250 ailə üçün nəzərdə tutulmuş bayram sovqatı nazirliyin nümayəndələri tərəfindən Göygöldə yaşayan kəlbəcərli ailələrə paylanılıb.

Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib və işğal olunmuş torpaqlarımızın ölkə Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində tezliklə azad olunacağına ümidvar olduqlarını bildiriblər.

AzVision.az

Teqlər: