Kəlbəcərli girovlara azadlıq tələbi – SƏN DƏ QOŞUL!

Kəlbəcərli girovlara azadlıq tələbi – SƏN DƏ QOŞUL!
  22 Oktyabr 2014    Oxunub:3934
Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və azərbaycanlı girovlara azadlıq məqsədilə kompaniya başladılıb.

Xəbər verdiyimiz kimi, 2014-cü il, oktyabrın 27-də Fransa və ATƏT-in Mİnsk qrupunun təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli məqsədilə Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Ermənistan tərəfi danışıqlara mane olmaq üçün, doğma torpaqlarında girov götürdükləri Kəlbəcər sakinləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəməsini qərəzli şəkildə eyni günə təyin ediblər. Xatırladaq ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə yanaşı, Həsən Həsənov da iyulun 11-də ermənilər tərəfindən əsir götürülərək öldürülüb.
Bu addımı atmaqla təxribatçı qonşularımız növbəti dəfə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəmədiklərini və işğalçılıq siyasətindən əl çəkməyəcəklərini etiraf etmiş oldular.

Beynəlxalq normaların tapdandığı bu işğalçı, ksenofob erməni siyasətinə “Yox” demək və girov götürülən soydaşlarımızın azad edilməsini tezləşdirmək məqsədilə sosial şəbəkə üzərindən kampaniya başladılıb.

AzVision.az olaraq sizi də bu kampaniyaya qoşulmağa dəvət edirik. Kampaniyaya qoşulun və Azərbaycan torpaqlarının düşmən tapdağı altında qalması ilə barışmadığınızı, soydaşlarımızın yanında olduğunuzu göstərin!

Kampaniya bu haştaqlarda aparılır:
#‎SaveAzeHostages‬
#‎GirovlarimiziAzadEt‬
#‎CпасемAzeЗаложников‬
‪#‎SauverLesOtagesAze‬
#‎Փրկենքադրգերիներին‬

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və azərbaycanlı girovlara azadlıq məqsədlə yaradılmış Event isə budur: https://www.facebook.com/events/303922283130654

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti