Hilal Məmmədov azadlığa buraxılır
Birgə Qrupun üzvü, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva oktyabrın 23-də “Media forum” saytına deyib ki, Hilal Məmmədovun müvəqqəti azadlığa buraxılması üçün hüquqi prosedur bu gün başlayacaq: “Hilal Məmmədovun övladının toyu oktyabrın 24-də olacaq. Birgə Qrupun iclasında qızının toyunda iştirak etməsi üçün Hilal Məmmədova 3 günlük icazə verilməsi məsələsini qaldırdıq. Hökumət nümayəndələri buna ilkin razılıq verdilər. Dedilər ki, Hilal Məmmədovun müvəqqəti azadlığa buraxılması üçün hüquqi prosedur oktyabrın 23-də başlayacaq”.
Hilal Məmmədov 2012-ci ilin iyun ayında tutulub, 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onu dövlətə xəyanətdə, milli ayrı-seçkilik salmaqda və narkotik ticarətində təqsirli bilib. O, Bakıdakı 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
Teqlər: