ABŞ-dan Azərbaycan hökumətinə dəstək

  23 Oktyabr 2014    Oxunub : 1269
ABŞ-dan Azərbaycan hökumətinə dəstək
ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycanda insan hüquqları üzrə işçi qrupunun bərpasını müsbət qiymətləndirib.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi saytında məlumat yerləşdirilib.

ABŞ-ın Azərbaycandakı səfirliyi insan hüquqları üzrə işçi qrupunun bərpasını, Azərbaycan hökumətinin 17 oktyabr tarixli əfv sərəncamını və 4 vətəndaş cəmiyyəti fəalının azadlığa buraxılmasını alqışlayır.

Biz Azərbaycanın sabit, təhlükəsiz və firavan gələcəyə malik ölkə olması ilə bağlı istəklərini bölüşürük və bu məqsədə nail olmaq üçün ən yaxşı yolun Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq bütün vətəndaşların fundamental azadlıqlarının təmin edilməsi olduğuna əminliyimizi bildiririk”.

Qeyd edək ki, Azərbaycanda insan hüquqları üzrə işçi qrupunun fəaliyyəti bərpa edilib, işçi qrupunun bu gün keçirilən iclasında təşkilati məsələlər müzakirə edilib, qrupun həmsədrləri və katibləri seçilib.

Qrupun həmsədrləri Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, katibliyə isə hüquq müdafiəçiləri Səadət Bənənyarlı və Sahib Məmmədov seçiliblər.

Həmçinin qrupun adı dəyişdirilərək İnsan Hüquqları üzrə Birləşmiş Qrup adlanıb.

Teqlər: