Mətbuat Şurası müsabiqə elan etdi

Mətbuat Şurası müsabiqə elan etdi
  23 Oktyabr 2014    Oxunub:1857
Azərbaycan Mətbuat Şurası "Ulduz" Şokalad Fabriki ilə birlikdə "Azərbaycanda qida sənayesinin inkişafı və qənnadı sektoru" mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir.
AzVision.az xəbər verir ki, müsabiqə aşağıdakı istiqamətlərdə keçiriləcək:

* Azərbaycanın qida sektorunun dünəni və bu günü: problemlər və perspektivlər;

* Dünya qida sənayesində qənnadı məmulatları: şokolad və karamel istehsalı;

* Ulduz şokolad fabrikinin Azərbaycanın qənnadı sənayesində yeri;

* Dünya şokolad bazarında Azərbaycan malı;

* Azərbaycanın iqtisadi inkişafında özəl sektorun payı.

II. Mükafatlandırma

I yer (1 nəfər) - 800 manat;

II yer (2 nəfər) - 500 manat;

III yer (2 nəfər) - 300 manat.

Həvəsləndirici mükafat - 10 nəfər - 100 manat

III. Müsabiqə şərtləri

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək;

* Materialların ümumən mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsi;

* Faktlardan istifadə xüsusiyytələri və araşdırmanın keyfiyyəti;

* İfadə vasitələrinin zənginliyi;

* Oxucu üçün informasiyalılıq dərəcəsi;

* Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisə.

Müsabiqəyə 2014-cü ilin oktyabr ayının 25-dən noyabr ayının 25-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;

Yazıda "Azərbaycan Mətbuat Şurası və "Ulduz" Şokalad Fabrikinin "Azərbaycanda qida sənayesinin inkişafı və qənnadı sektoru" mövzusundakı müsabiqəsinə təqdim olunur" qeydi olmalıdır.

Qeyd: Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir.

Müsabiqə üçün təqdim ediləcək materia müəllifin çalışdığı KİV-də

verilməlidir.

Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının "qara siyahı"sında yer alan kütləvi informasiya vasitələrində çıxması yolverilməzdir.

IV. Yazıların təqdim edilməsi

Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən təqdim olunmalıdır.

Təqdimat zərfində yer almalıdır:

* yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təqdiqləyən sənədin surəti;

* yazı təqdim edən şəxsin əlaqə vasitələri - ev və iş telefonu, mobil telefonu;

* müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqədə);

* yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link (ayrıca vərəqədə);

* materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrin hər birində materialın müsabiqə üzrə olan istiqaməti qeyd edilməli, müəllifinin adı göstərilməməlidir);

* diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmamaqla);

* yazı elektron media resursunda verilibsə, elektron daşıyıcıda yazının linkinin göstərildiyi ayrıca fayl.

Müsabiqə üçün yazılar oktyabr ayının 25-dən noyabr ayının 25-dək həftənin iş günləri saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.

Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.

Əlaqə telefonu:

(012) 441 35 96

(050) 534 93 26

(055) 201 99 26

AzVision.az


Teqlər:  





Xəbər lenti