Mübariz Qurbanlı səfirlə görüşdü

Mübariz Qurbanlı səfirlə görüşdü
  24 Oktyabr 2014    Oxunub:1326
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.
Komitədən AzVision.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Gürcüstanın qonşu, dost və qardaş ölkələr olduğu, siyasi, iqtisadi və humanitar sahələrdə münasibətlərin bundan sonra da uğurla inkişaf etməsinin vacibliyi vurğulanıb.

Səfir Teymuraz Şaraşenidze tarixən yaxın münasibətdə olan ölkədə səfir kimi fəaliyyət göstərməyin böyük məsuliyyətli iş olduğunu qeyd edərək, ölkələrimiz arasında din sahəsində mövcud əlaqələrin daha da möhkəmlənməsi və dərinləşməsi üçün əlində olan bütün imkanlardan istifadə edəcəyini bildirib.


Teqlər:  





Xəbər lenti