DİN-dən təkzib: piyadanı polis vurmayıb
.jpg)
DİN mətbuat xidmətinin məlumatına görə, qəza Nərimanov rayonunun A.Nemətulla küçəsində baş verib.
Bakı şəhər sakini Rahim Əsədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub. O.Mansurzadənin sözlərinə görə, R.Əsədov paytaxt kafelərindən birinin işçisi olub.
Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölən şəxsin Saatlı rayon sakini Şirvan Səmədov olması müəyyən edilib.(ans)
Teqlər: