Azərbaycanda toylar dayandı, yas başladı

Azərbaycanda toylar dayandı, yas başladı
  26 Oktyabr 2014    Oxunub:1987
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılər Şurasının fətvasına görə, bu gündən Məhərrəm ayı başlayır.

Fətvaya əsasən, Hicri-qəməri təqvimilə 1435-ci il başa çatır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası nəzərinizə çatdırır ki, yeni hicri 1436-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2014-cü il oktyabr ayının 26-na təsadüf edir.

Fətvada deyilir ki, Məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir: Bu ay Həzrət Peyğəmbərin buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq, Aşura günü İslam tarixinə İmam Hüseyn əleyhissəlam və Əhli-Beyt tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub.

Müsəlman ümmətinin tarixinə kədərli, lakin, eyni zamanda, insanlara qürur bəxş edən bir məqam kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Belə ki, İmam Hüseyn əleyhissəlamın əzadarlığı, dinin saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən, iman sevgisi, əqidəyə sadiqlik uğrunda səfərbər olmanın, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür:

Məhərrəm ayının 10-u – Aşura günü 2014-cü il noyabr ayının 4-nə təsadüf edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti