Azərbaycanlı deputat Davudoğlunu qınadı

Azərbaycanlı deputat Davudoğlunu qınadı
  26 Oktyabr 2014    Oxunub:1571
"Qondarma erməni soyqırımının 100 illiyinə 6 ay qala Türkiyə hökuməti ilk həmləsini etmiş görünür. Erməni əsilli jurnalist-yazıçı Etyan Mahçupyan Türkiyə Cumhuriyyəti baş nazirinin baş müşaviri təyin olunub".

AzVision.az xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa öz Facebook səhifəsində qeyd edib.

O bildirib ki, bu addımla Türkiyə tərəfi sadəlöv dünyanı bəzi şeylərə inandırmağa çalışacaq:

"Yəni, göstərəcəklər ki, əgər bizdə soyqırım olsaydı erməni əsilli bir şəxs hökumətdə post tuta bilməzdi. Bilmirəm təbrik teleqramı göndərək, yoxsa sevincimizi içimizdə boğaq. Əlbəttə, erməni də olsa, Türkiyə vətəndaşıdır, istənilən posta gətirilə bilər, ancaq verəcəyi məsləhətlərin və tövsiyyələrin nəticələrini xüsusilə Azərbaycanda ciddi təhlil etmək lazım gələcək".

Millət vəkilinin fikrincə, bundan sonra Dağlıq Qarabağla bağlı Türkiyədən gələn fikir və mülahizələrdə Mahçupyanın beyninin töhfələrini seçib arıtlamaq üçün Xarici İşlər Nazirliyimizin üzərinə xeyli iş düşəcək.


Teqlər:  



Xəbər lenti