`Arif Hacılı İsa Qəmbərin projesidir` - İttiham

`Arif Hacılı İsa Qəmbərin projesidir` - İttiham
  26 Oktyabr 2014    Oxunub:1638
İsa Qəmbər bu gün onun arxasından çəkilsə, Hacılı 2006-cı ildə olduğu kimi partiyadan getmək barədə qərar qəbul edər.
Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy partiya sədri Arif Hacılı haqda kəskin fikirlər səsləndirib.

AzVision.az xəbər verir ki, S.Əlisoyun fikrincə, Arif Hacılının başqan seçilməsi İsa Qəmbərin projesidir.

"Arif Hacılı kimin layihəsi idi? Müsavat cameəsində 3 fikir var:

1. Hacılı iqtidarın projesi idi. Tamamən yanlışdır. Bu iqtidarın Hacılı kimin populistə stavka etməsi məntiqdən kənardır. Əgər stavka etsəydi, Hacılı ən azı yüzdə 70 faizlə qalib gələrdi.

2. Hacılı müsavatçıların projesi idi.Bu da yanlışdır. Müsavatçıların Hacılı zehniyyətinə stavka etməsi mümkün deyil. Müsavatda ona etimad göstərənlər maksimum 10-15 faiz olar. Etimad göstərilsəydi, 3 səslə yox, ən azı 10 faiz səslə qalib gələrdi.

3. Hacılı İsa Qəmbərin projesi idi. Belə düşünənlər tam haqlıdır. Məhz İsa Qəmbərin dəstəyi sayəsində Hacılı çox çətinliklə qələbə çaldı. Bu gün Müsavatın mətbəxinə az-çox bələd olanlar gözəl bilir ki, bütün zamanlarda, xüsusən 2003-cü ildən sonra Hacılını "piyasa"da saxlayan məhz İsa Qəmbər olub. Hacılı İsa Qəmbərsiz siyasi arenada duruş gətirmək iqtidarında deyil. İsa bəy, bu gün onun arxasından çəkilsə, Hacılı 2006-cı ildə olduğu kimi partiyadan getmək barədə qərar qəbul edər. Nədən İsa bəy Hacılını bu qədər dəstəkləyir? Bu sual indi çoxlarını düşündürür. Hər kəsin bir qənaəti ola bilər, mənim də var və inşallah, zamanı çatanda onu açıqlayacam".

AzVision.az


Teqlər:  





Xəbər lenti