Qar yağacaq, şaxta olacaq

Qar yağacaq, şaxta olacaq
  26 Oktyabr 2014    Oxunub:2876
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-şərq küləyi 8-13 m/s. Havanın temperaturunun gecə 6-9deg; isti, gündüz 10-14deg; isti, Bakıda gecə 6-8deg; isti, gündüz 11-13deg; isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 millimetr civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi 3-8 m/s.

Havanın temperaturunun gecə 3-8deg; isti, gündüz 12-17deg; isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi 3-8 m/s.

Havanın temperaturu gecə 2deg; şaxtadan 3deg;-dək isti, gündüz 5-10deg; isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi 5-10 m/s.

Havanın temperaturunun gecə 4-9deg; isti, gündüz 10-15deg; isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz,Qusar rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s.

Havanın temperaturunun gecə 2-7deg; isti, gündüz 8-13deg; isti, dağlarda gecə 4deg; şaxtadan 1deg;-dək isti, gündüz 3-8deg; isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s. Havanın temperaturunun gecə 5-10deg; isti, gündüz 12-17deg; isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astararayonlarında arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi 5-10 m/s.

Havanın temperaturu gecə 7-10deg; isti, gündüz 12-16deg; isti, dağlarda gecə 0-5deg; isti, gündüz 7-12deg; isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti