Şəkinin 13 kəndi işıqsız qaldı

Şəkinin 13 kəndi işıqsız qaldı
  26 Oktyabr 2014    Oxunub:1241
Ötən gecə Şəkinin Qarabulaq kəndi ərazisində Qoxmuq, Aşağı Göynük, Baş göynük kəndləri də daxil olmaqla 13 kəndi elektrik enerjisi ilə təmin edən 35 kv. xəttin keçdiyi dayaqda yaranan nasazlıq səbəbindən adıçəkilən kəndlərdə elektrik enerjisi kəsilib.

AzVision.az Kanal S-ə istinadən xəbər verir ki, yaranan nasazlığın aradan qaldırılması üçün dərhal Şəki Elektrik Açıq tipli Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən işlərə başlanılıb.

Şəki Elektrik Açıq tipli Səhmdar Cəmiyyətindən verilən məlumata əsasən, artıq günorta saatlarından təmir işləri yekunlaşıb və kəndlərə elektrik enerjisinin verilişi bərpa olunub.


Teqlər:





Xəbər lenti