Bakıda güclü yanğın - 20 nəfər təxliyyə edildi

Bakıda güclü yanğın - 20 nəfər təxliyyə edildi
  26 Oktyabr 2014    Oxunub:2091
Paytaxt Bakıda güclü yanğın hadisəsi olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, vətandaşa məxsus ümumi sahəsi 70 kv. m olan 3 otaqlı mənzilin 2 otağı, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 38 kv. m sahədə yanıb, digər otaqda olan əşyalar isə yüksək temperaturdan qismən əriyib. 14-cü mərtəbədə isə digər vətandaşa məxsus ümumi sahəsi 70 kv. m olan 3 otaqlı mənzilin pəncərə çərçivələri 8 kv. m sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən yuxarı mərtəbələrdən 20 nəfər bina sakini təxliyə olunub. Hər iki mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın saat 13:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti