Bu dəfə şampundan narkotik çıxdı

Bu dəfə şampundan narkotik çıxdı
  26 Oktyabr 2014    Oxunub:1376
Həbsxanaya göndərilən sovqatdan nakotik çıxıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən AzVision.az-a verilən məlumata görə, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 181.2.3; 181.2.4 və 181.2.5 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Rüfət Vaqif oğlu Əliyevə qardaşı, Sənan Vaqif oğlu Əliyev tərəfindən göndərilmiş bağlamaya baxış keçirilib.

Baxış keçirilən zaman, “Clear” şampun qabının içərisində gizlədilmiş kibrit qutusundan 2,97 qram narkotik maddə - marixuana və 0,68 qram narkotik maddə - tiryək aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.


Teqlər:





Xəbər lenti